Ali Məhkəmədə "Femida könüllüləri" ilə görüş keçirilib
- 05 dekabr, 2025
- 18:28
Ali Məhkəmədə Beynəlxalq Könüllülər Günü münasibətilə Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının və Mediasiya Şurasının iştirakı ilə Femida könüllüləri ilə görüş keçirilib.
Bu barədə "Report"a Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, tədbirdə "Femida Könüllüləri" Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov çıxış edib.
Həmçinin rəsmi çıxışlarda Ali Məhkəmə Aparatının Daxili nəzarət və İnsan resursları şöbəsinin müdiri Mahir Məlikov, Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev, Məhkəmə-Hüquq Şurası aparatının sektor müdiri İbrahim Feyziyev, Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri Əli Mirzəyev və Mediasiya Şurası idarə heyətinin sədrinin müşaviri Əli Fərzəliyev könüllülərin fəaliyyəti barədə fikirlərini bölüşərək onları əlamətdar gün münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə könüllülərin hüquqi sahədə göstərdikləri təşəbbüslərin dövlət qurumları ilə əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfə xüsusi olaraq vurğulanıb.
Daha sonra 2025-ci il üzrə "Femida Könüllüləri" Təşkilatı tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlərdə fəal iştiraklarına görə bir qrup könüllü təşəkkürnamə ilə təltif olunub.