Anım Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Qarabağ
  • 13 oktyabr, 2022
  • 10:39
Anım Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında Anım Gününə həsr olunmuş ümumtəhsil məktəbləri arasında mini futbol üzrə rayon turniri başa çatıb.

"Report"un Muğan bürosunun məlumatına görə, turnirdə ümumilikdə 16 komanda üzrə 192 məktəbli iştirak edib. Maraqlı keçən final qarşılaşmasında şəhər 2 saylı tam orta məktəbin komandası şəhər 1 saylı tam orta məktəbin komandası üzərində qələbə qazanmaqla turnirin qalibi olub.

Beləliklə, şəhər 1 saylı tam orta məktəb II yerə, Xırmandalı kənd 1 saylı tam orta məktəb isə III yerə layiq görülüb. Qalib komandalar Biləsuvar Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıb.

44 filmi