Kris Van Hollen ABŞ Senatında demokratların lideri postuna namizədliyini irəli sürüb

Digər ölkələr
  • 13 noyabr, 2026
  • 09:47
Kris Van Hollen ABŞ Senatında demokratların lideri postuna namizədliyini irəli sürüb

Merilend ştatından demokrat senator Kris Van Hollen ABŞ Senatında çoxluğun lideri postuna namizədliyini irəli sürmək niyyətini elan edərək, palatada demokratların hazırkı rəhbəri Çak Şumerə meydan oxuyub.

"Report" xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Van Hollenin sözlərinə görə, aralıq seçkilərində amerikalılar dəyişikliklər lehinə səs veriblər və bunların həyata keçirilməsi üçün partiyaya yeni rəhbərlik lazımdır.

"İndi bizim vəzifəmiz bu ana uyğun olmaqdır və bunun üçün bizə yeni rəhbərlik lazımdır. Məhz buna görə mən Senatda çoxluğun lideri postuna namizədliyimi irəli sürürəm", - o bildirib.

MS NOW-a müsahibəsində senator, səsvermədə iştirak edən demokratik blokun 55 senatorundan ondan çoxunun onu dəstəklədiyini bildirib. Bununla yanaşı o, favoritin Şumer olaraq qaldığını etiraf edib. Van Hollenin dəstəyinə artıq senator Berni Sanders və Miçiqandan seçilmiş senator Əbdül Əl-Səyid çıxıb.

2017-ci ildən Senatda demokratlara rəhbərlik edən Şumer, postunu qorumaq üçün kifayət qədər səsə malik olduğunu bəyan edib.

Qapalı gizli səsvermə dekabrda keçiriləcək. Aralıq seçkilərinin nəticələrinə əsasən Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluq əldə edib.