"Şahdəniz 2" platformasının üst tikililəri - FOTOREPORTAJ

"Şahdəniz 2" platformasının üst tikililəri - FOTOREPORTAJ İki üst tikili hazırda ATA konsorsiumu tərəfindən inşa edilir
Multimedia
22 Sentyabr , 2016 16:15
Şahdəniz 2 platformasının üst tikililəri - FOTOREPORTAJ

Bakı. 22 sentyabr. REPORT.AZ/ “BP-Azerbaijan” şirkəti “Şahdəniz 2” platformasının üst tikililərinin inşası üzrə görülən işlərlə tanış olmaq üçün Bibiheybət ərazisindəki “Azfen" tikinti-quraşdırma sahəsinə press-tur təşkil edib.

İki üst tikili hazırda ATA (Amec-Tekfen-Azfen) konsorsiumu tərəfindən inşa edilir.

“Şahdəniz 2" platformasının üst tikililərinin ümumi çəkisi 28,5 min ton təşkil edir və o, 16,5 min boru qovşaqlarından, 881 km kabel xəttindən ibarətdir. İki üst tikili çəkisi 12 min ton təşkil edən yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsindən və çəkisi 16,5 min ton olan hasilat və dikborular platformasının göyərtəsindən ibarətdir. BP-nin təchizat-tədarük qrupu bu iki göyərtənin inşası üçün 3,1 milyondan artıq hissə təchiz edib.

Azərbaycandakı dünya səviyyəli tikinti sahələrinin tarixində ilk dəfə olaraq "Şahdəniz 2" platformalarının tikintisinin 100%-i ölkə daxilində həyata keçirilir.

“Report” “Azfen" tikinti-quraşdırma sahəsindən fotoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi