Bakı. 5 iyun. REPORT.AZ/ Muzey Mərkəzində “Nikolya” Şokolad Muzeyinin nümayişi çərçivəsində “Bakı 2015” ilk Avropa Oyunlarına həsr edilən şokolad tablosunun təqdimatı keçirilib. "Report" xəbər verir ki, dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş "Nikolya" Şokolad Muzeyinin müəllif sərgisi bu münasibətlə artıq Bakıda təşkil olunub. Sərgi nümayiş edildiyi ilk həftədən 10 000-dən çox insan şokolad möcüzələrini izləyib.
Ümumi çəkisi 200 kq, eni 3 metrdən çox olan, dünyada analoqu olmayan şokoladdan hazırlanmış 3D rəsm tablosunun təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Saymon Kleq, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, müəllif Nikolay Popov və başqaları iştirak edib.