Yuxarı

İsa Həbibbəyli

 - 

Milli Məclisin deputatı



2013

2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

2000

2000-ci ildən Milli Məclisin deputatıdır. Azərbaycan-Belçika, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Pakistan, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 400-dən çox elmi məqalənin, 12 monoqrafiyanın, 1 orta məktəb dərsliyinin, 28 broşüranın, 21 tərtib kitabının müəllifidir. Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb-fars, urdu, bolqar və macar dillərində çap olunub.

1996

1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.

1949

İsa Həbibbəyli 1949-cu il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.