Yuxarı

Əbülfəs Qarayev

 - 

mədəniyyət naziri



2018

Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib

2006

2006-cı ildən mədəniyyət və turizm naziridir.

2001

2001-2006-cı illərdə gənclər, idman və turizm naziri olub.

1994

1994-2001-ci illərdə gənclər və idman naziri vəzifəsində çalışıb.

1993

1993-1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.

1992

1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.

1989

1989-1992-ci illərdə - Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb.

1985

1985-1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.

1980

1980-1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri vəzifdələrində çalışıb.

1978

1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

1973

1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.

1963

1963-cü ildə 23 saylı orta məktəbə daxil olub.

1956

Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub.