Yeni Kaledoniyanın müstəqilliyini əldə edəcəyinə inanırıq.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Fransa bu gün demokratiya uğrunda mübarizəni heçə endirir:
"Biz bir sıra tarixi həqiqətləri unutmamalıyıq. Məsələn, Sovet İttifaqının dağılması, "Soyuq müharibə"nin sona çatması, Berlin divarının sökülməsi, Azərbaycanın Qarabağ zəfəri. Qələbə təkcə regional məsələ deyildi. Ölkəmiz bu qələbə ilə dünyaya bir çox şeyləri sübut etdi. Müasir dünyaya xalqların rifahının və hüquqlarının təmin edilməsinin daha bir nümunəsini göstərdi. Hesab edirəm ki, Azərbaycan öz təcrübəsini Yeni Kaledoniya kimi ölkələrlə də bölüşəcək. Biz inanırıq ki, Yeni Kaledoniyanın müstəqilliyini əldə etdiyini və bu xalqın müstəqil ölkənin nümayəndələri kimi beynəlxalq təşkilatlarda təmsil olunduğu günləri də görəcəyik".