Sahibə Qafarova: "Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir"

Milli Məclis
  • 06 iyun, 2023
  • 07:13
Sahibə Qafarova: Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir

"Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir".

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərin əldə edilməsi, o cümlədən işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə və təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədilə bu ilin dövlət büdcəsi haqqında və büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsinə imkan yaradıb: “Bununla da Prezident İlham Əliyev müvafiq qanun layihələrini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edib”.