Azərbaycanda özünüməşğulluğa kömək göstərilməsi zamanı şəhid ailələrinə üstünlük veriləcək.
“Report”un xəbərinə görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilir.
Hazırkı qanunun 24-cü maddəsinə əsasən, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir.
Təklif edilən dəyişikliklə isə qanunun həmin maddəsinə şəhid ailəsinin üzvlərinə sözləri də əlavə edilir. Bununla da özünüməşğulluğa kömək göstərilməsi zamanı şəhid ailələrinə üstünlük veriləcək.