Əlilliyi olan şəxslər qiraətçi və peşəkar surdo tərcüməçi xidmətləri ilə təmin ediləcək

Əlilliyi olan şəxslər qiraətçi və peşəkar surdo tərcüməçi xidmətləri ilə təmin ediləcək Azərbaycanda inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslərin ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilməsi təklif olunur.
Milli Məclis
18 May , 2020 14:21
Əlilliyi olan şəxslər qiraətçi və peşəkar surdo tərcüməçi xidmətləri ilə təmin ediləcək
0 : 00
0 : 00

Azərbaycanda inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslərin ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilməsi təklif olunur.

“Report”un xəbərinə görə, bununla bağlı "İnzibati icraat haqqında" qanuna yeni 27.2-1-ci bənd əlavə olunur.

Yeni bəndə əsasən, inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər. Bu halda ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu qanunun məqsədləri üçün tərcüməçi hesab olunacaqlar.

Son xəbərlər

Orphus sistemi