Deputat: “Yeni İnzibati Xətalar və Mülki məcəllələr qəbul olunmalıdır”

Milli Məclis
  • 01 fevral, 2022
  • 07:52
Deputat: “Yeni İnzibati Xətalar və Mülki məcəllələr qəbul olunmalıdır”
Fəzail Ağamalı

“İnzibati Xətalar və Mülki məcəllələrin yenidən işlənməsinə ehtiyac var”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, “Müharibə veteranları haqqında” qanun da yenidən işlənməlidir: “Bizim Vətən müharibəsində iştirak edən qazilərimiz, veteranlarımız var. Onların hər birinin statusunun müəyyən edilməsi vacibdir”.