Azərbaycanla Türkiyə media sahəsində strateji əməkdaşlıq yaradır

Azərbaycanla Türkiyə media sahəsində strateji əməkdaşlıq yaradır Milli Məclisdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır.
Milli Məclis
18 Yanvar , 2021 16:24
Azərbaycanla Türkiyə media sahəsində strateji əməkdaşlıq yaradır

Milli Məclisdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılır.

“Report” xəbər verir ki, qanun layihəsi yanvarın 19-da parlamentin İnsan hüquqları komitəsində müzakirə ediləcək.

Qeyd edək ki, dekabrın 10-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun imzalayıb.

Son xəbərlər

Orphus sistemi