AzVision.az xəbər portalı ad gününü qeyd edir

AzVision.az xəbər portalı ad gününü qeyd edir Bu gün AzVision.az xəbər portalı ad gününü qeyd edir.
Media
1 Oktyabr , 2019 11:32
AzVision.az xəbər portalı ad gününü qeyd edir

Bu gün AzVision.az xəbər portalı ad gününü qeyd edir.

“Report”un məlumatına görə, saytın fəaliyyətə başlamasından 7 il ötür.

Gündəlik 8 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ispan, ərəb və erməni dillərində xəbərlər yayan sayt 2012-ci ilin oktyabrın 1-də işə başlayıb.

AzVision.az ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. Sayt əyləncə və şou xarakterli məlumatlara yer ayırmır.

Saytda multimedia materiallarına da üstünlük verilir. Gündəlik xəbərlər ingilis və alman dilli oxuculara video formatında təqdim olunur.

AzVision.az-ın “Facebook”, “Tvitter”, “İnstagram” və “Youtube” hesabları da aktiv fəaliyyət göstərir. Bu hesablar vasitəsilə gün ərzində əsas xəbərlər sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırılır.

“Report” İnformasiya Agentliyinin kollektivi “AzVision”çuları ad günü münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

Son xəbərlər

Orphus sistemi