“Washington Post”un əməkdaşları son 50 ilin ən böyük tətilini keçirəcəklər

“Washington Post”un əməkdaşları son 50 ilin ən böyük tətilini keçirəcəklər ABŞ-nin ən böyük qəzeti olan “Washington Post”un 750-dən çox əməkdaşı dekabrın 8-də media şirkəti tarixində təxminən 50 ilinin ən böyük etiraz aksiyasında iştirak edəcəklər.
Media
7 Dekabr , 2023 13:35
“Washington Post”un əməkdaşları son 50 ilin ən böyük tətilini keçirəcəklər

ABŞ-nin ən böyük qəzeti olan “Washington Post”un 750-dən çox əməkdaşı dekabrın 8-də media şirkəti tarixində 50 ilin ən böyük etiraz aksiyasında iştirak edəcəklər.

“Report” xəbər verir ki, bu barədə qəzet məlumat yayıb.

Bildirilib ki, nəşrin əməkdaşları dekabrın 7-də səhər saatlarında işlərini tərk edəcək və 24 saat ərzində çalışmayacaqlar. Bundan başqa, paytaxt Vaşinqtonun mərkəzində yerləşən “Washington Post” ofisinin qarşısında bir günlük piket və mitinq keçiriləcək.

Əməkdaşlar həmrəylik əlaməti olaraq nəşrin oxucularından bir gün ərzində qəzeti oxumaqdan və nəşrin saytına daxil olmaqdan imtina etməyi xahiş ediblər.

Həmkarlar ittifaqının üzvləri bildiriblər ki, 18 aydır işçilərin müqavilələrini uzatmayan media şirkəti ilə danışıqlar dalana dirəndiyi üçün bu aksiyada iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi