​"Anadolu" Agentliyinin yaranmasının 95-ci ildönümüdür

​"Anadolu" Agentliyinin yaranmasının 95-ci ildönümüdür Agentlik ilk xəbərini 1920-ci il aprelin 12-də yayıb
Media
6 Aprel , 2015 11:50
​Anadolu Agentliyinin yaranmasının 95-ci ildönümüdür

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün "Anadolu" Agentliyinin yaradılmasının 95-ci ildönümüdür.

"Report" xəbər verir ki, agentlik 1920-ci il aprelin 6-da Mustafa Kamal Atatürk tərəfindən qurulub. O vaxtlar Qazi Mustafa Kamal Paşa Anadoluda gedən qurtuluş savaşının haqlı səsini həm ölkə, həm də dünyaya çatdırmaq üçün bu informasiya vasitəsini yaradıb.

"Anadolu" Agentliyinin qurulması ilə bağlı Mustafa Kamalın imzaladığı bildiriş sənədində bildirilib: "İslamın canevi Osmanlı səltənəti mərkəzinin düşmən tərəfindən işğal edilməsi nəticəsində bütün Rumeli və Anadolu təhlükə ilə üzləşib. Milli və müqəddəs döyüşün, hadisələrin ən doğru çatdırılmasına ehtiyacın olduğunu göz önünə alaraq, burada ən səlahiyyətli şəxslərin başçılığı və rəhbərliyi ilə "Anadolu" adı altında Agentlik qurulub".

Agentlik ilk xəbərini 1920-ci il aprelin 12-də yayıb.

"Report" İnformasiya Agentliyinin kollektivi "Anadolu" Agentliyində çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı, şəxsi və iş həyatlarında uğurlar arzulayır!

Son xəbərlər

Orphus sistemi