Sənubər Bağırova: "Musiqinin qorunmasına, toplanmasına və rəqəmsallaşmasına önəm verməliyik"

Mədəniyyət siyasəti
  • 29 oktyabr, 2023
  • 11:48
Sənubər Bağırova: Musiqinin qorunmasına, toplanmasına və rəqəmsallaşmasına önəm verməliyik

"Musiqinin qorunmasına, toplanmasına və rəqəmsallaşmasına önəm verməliyik".

"Report" xəbər verir ki, bunu UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas Sənubər Bağırova Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı deyib.

"Biz bəzən başa düşmürük ki, var olan şey bir gün itib-bata, yox ola bilər. Bizim səsyazma arxivinin dadına çatmaq lazımdır. Bütün bu musiqinin toplanması üçün onların da işinə dəyər vermək, zəhmətini qiymətləndirmək vacibdir", - o qeyd edib.

44 filmi