Mədəniyyət Nazirliyində kadr təyinatı

Mədəniyyət Nazirliyində kadr təyinatı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Həsənov Rüfət Rauf oğlu nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Mədəniyyət siyasəti
1079
14 Avqust , 2020 14:48
Mədəniyyət Nazirliyində kadr təyinatı

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Həsənov Rüfət Rauf oğlu nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Məlumat üçün bildiririk ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə ABŞ-ın Nyu-York Ştatında fəaliyyət göstərən “Vice Media” şirkətində montaj rejissoru olaraq başlayan Rüfət Həsənov Rusiyanın Moskva şəhərində yerləşən “Vita Aktiva” Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.

2013-2017-ci illərdə R.Həsənov Litvanın Vilnüs şəhərində yerləşən “Lupa Q” prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən “Lemon Films” studiyasında  montaj rejissoru kimi işləyib.

2017-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək “Debüt” studiyasının direktoru vəzifəsində çalışıb.

Orphus sistemi