Azərbaycanda II Milli Qurama Festivalına start verilib

Azərbaycanda II Milli Qurama Festivalına start verilib Azərbaycanda II Milli Qurama Festivalına start verilib
Mədəniyyət siyasəti
28 İyul , 2023 09:48
Azərbaycanda II Milli Qurama Festivalına start verilib

İyulun 27-də II Milli Qurama Festivalına start verilib.

"Report" xəbər verir ki, festival İçərişəhər ərazisində yürüşlə başlayıb.

Yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və İdarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.

Qeyd edilib ki, unudulmaq təhlükəsini yaşayan milli sənət nümunəmizə həsr edilmiş festival müxtəlif tədbirlərlə davam edəcək.

Bildirilib ki, festival çərçivəsində “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarlarının əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə, qurama sənətkarları ilə yanaşı həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi kimi çoxşaxəli proqram keçiriləcək.

İçərişəhərdən başlayan II Milli Qurama Festivalı Bakı və bölgələri əhatə edəcək.

Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi