​Türkiyədə qadın futbolçular arasında dava düşüb, 9 nəfər yaralanıb

​Türkiyədə qadın futbolçular arasında dava düşüb, 9 nəfər yaralanıb Onlara tamaşaçılar da qoşulub
Maraqlı
9 Mart , 2015 11:38
​Türkiyədə qadın futbolçular arasında dava düşüb, 9 nəfər yaralanıb

Bakı. 9 mart. REPORT.AZ/ Türkiyədə futbol üzrə qadın klubları arasında keçirilən oyunda baş verən dava nəticəsində 9 oyunçu yaralanıb.

"Report" xəbər verir ki, bu haqda məlumatı "Anadolu" Agentliyi yayıb.

Xəbərdə bildirilib ki, hadisə ölkə üzrə futbol çempionatının 1-ci dəstəsində çıxış edən "Qazikentspor" klubunun qadın futbolçuları ilə "Adana idmanyurdu" komandasının oyunçuları arasında baş verib.

Çempionatın 17-ci həftəsində "play-off" mərhələsinə keçmək üçün ümidlərini itirməyən "Qazikentspor"un futbolçusuna oyunun 80-ci dəqiqəsində qırmızı kart çıxarılıb. Hadisə də bundan sonra başlayıb. Əvvəlcə oyunçular arasında dava düşüb, onlara tamaşaçılar da qoşulub.

Nəticədə, "Gazikentspor"un 5, "Adana İdmanyurdu"nun isə 4 futbolçusu yaralanıb. 

Son xəbərlər

Orphus sistemi