“Mattel” şirkəti dünyada ilk dəfə olaraq daun sindromlu Barbi kuklası təqdim edib.
“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, yeni kukla uşaqlara gözəlliyin müxtəlifliyini təqdim etmək məqsədi daşıyan “Barbie Fashionistas” xəttinin bir hissəsidir və tibb mütəxəssisləri ilə birgə hazırlanıb.
Qeyd edək ki, daha əvvəl ayağı protezli, eşitmə aparatlı, əlil arabalı və vitiliqo adlı dəri xəstəliyi olan kuklalar təqdim edilib.