Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 22-də Estoniya paytaxtı Tallinin Tarix Muzeyində dünyanın ən bahalı sikkəsi nümayiş etdiriləcək. "Report" "Delfi"yə istinadən xəbər verir ki, ABŞ-da kəsilmiş bu sikkə tarixdə ilk gümüş dollardır. Onun dəyəri 10 milyon dollardan artıqdır.
1974-cü il buraxılışı olan sikkə üzərində açıq saçlı Azadlıq ilahəsi təsvir olunduğundan "Flowing Hair" adlanır. Dollar Filadelfiyada kəsilib.
Qeyd olunur ki, sikkə 1974-cü ildə 1250 dollara satılıb, 2013-cü ildə isə onun dəyəri 10 milyon dollardan yüksək olub. "Flowing Hair" 42 il əvvəl amerikalı iş adamı Bryus Morelan tərəfindən alınıb.
Dəmir dollar Avropanın səkkiz paytaxtında nümayiş olunacaq. Sikkə artıq Praqa və Varşavada nümayiş etdirilib, odur ki, Tallindən sonra o, Helsinki, Stokholm, Oslo, Dublin və Londona aparılacaq.