ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin inaqurasiya mərasimi maraqlı nüanslarla yadda qalıb.
“Report”un məlumatına görə, mərasimdə ABŞ-ın keçmiş prezidenti Bill Klinton da iştirak edib. Lakin o, Baydenin çıxışına qulaq asan zaman yuxulayıb.
Daha sonra Amerikalı senator, prezidentlik yarışında iştirak edən Berni Sandersin geyimi və davranışları müzakirəyə səbəb olub. Belə ki, senator rəsmi geyimdə olmayıb, yatıb, daha sonra rəsmi mərasimə xas olmayan hərəkətlər edib. Belə ki, mərasimdə şəxsi telefonu ilə danışıb.
Xüsusilə senatorun əlcəkləri diqqət mərkəzində olub. Məlum olub ki, naxışlı əlcəkləri siyasətçi üçün müəllimə Cen Ellis tikib. Senator iki il əvvəl hədiyyə kimi aldığı əlcəkləri daim istifadə edir.
Qeyd edək ki, senator Berni Sanders Demokratik Partiyanın üzvü olmasa da, onun adından prezidentliyə namizədlik uğrunda mübarizə aparıb (ABŞ qanunları buna icazə verir). Demokratik Partiyanın praymerizində onun rəqibi hazırkı prezident Co Bayden olub.