Bakı. 4 mart. REPORT.AZ/ ABŞ-ın iki futbolçusu öləndən sonra baş beyinlərinin araşdırma məqsədi ilə tibbdə istifadə olunmasını vəsiyyət edib.
"Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.
Onlar bu hərəkətləri ilə başqa oyunçulara nümunə olmaq istədiklərini söyləyiblər.
Məlumata görə, həkimlər bildirir ki, zədələnmələr nəticəsində idmançılar beyinin degenerasiyası xəstəliyi ilə üzləşirlər.
ABŞ Milli Futbol Liqasının 4,5 min keçmiş oyunçusu oyun zamanı başlarından aldıqları xəsarətlə bağlı məhkəmədə iddia qaldırıb. Onların iddiaları bir milyard dollar təşkil edir.
Xatırladaq ki, baş beyinlərini elmə vəsiyyət edən Amerika futbolunun oyunçuları - Sidni Rays (futbol karyerasını keçən il bitirib) və "Nyu-Cayants" komandasında hazırda çıxış edən Stiv Uezerfordur.