Bakı. 14 fevral. REPORT.AZ/ "Vergi administrasiyasının əsas vəzifələrindən biri hər bir kateqoriyadan olan vergi ödəyicilərinə fərdi yanaşmalar formalaşdırmaqdan ibarətdir".
“Report” xəbər verir ki, bu barədə
İri, orta və kiçik sahibkarlıq subyektləri ilə iş prinsiplərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edən M.Cabbarov kölgə iqtisadiyyatı ilə mübarizədən də söz açıb: “İri vergi ödəyiciləri ilə iş prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdülməsinə, elektron auditin tətbiqi siyasətinə üstünlük verilməsinə, orta sahibkarlıq subyektlərinə münasibətdə “kölgə iqtisadiyyatı”nın elemetlərinin aradan qaldırılmasına, kiçik sahibkarlara münasibətdə isə dürüst və şəffaf vergi uçotunun formalaşdırılmasının təmin olunmasına, sahibkarlıq subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə, xidmət sektorunun genişləndirilməsi və maarifləndirmənin aparılmasına üstünlük verilməlidir. Kiçik sahibkarlar arasında könüllü əməletmə səviyyəsini yüksəltmək məqsədilə onların təqdim etdiyi hesabatlılıq sisteminin sadələşdirilməsinə ehtiyac var”.