Maliyyə Nazirliyində yeni təyinat olub
Maliyyə
- 14 sentyabr, 2018
- 07:29
Bakı. 14 sentyabr. REPORT.AZ/ Maliyyə Nazirliyinin Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinə yeni rəis təyin olunub.
“Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Mais Piriyev məlumat verib.
Onun sözlərinə görə, nazir Samir Şərifovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təqdimatına əsasən, imzaladığı müvafiq əmrlə bu vəzifəyə Rəşid İsmayıl oğlu Yusifov təyin olunub və o, bu gündən vəzifəsinin icrasına başlayıb.
Bu təyinata qədər R.Yusifov Maliyyə Nazirliyinin Şəmkir Rayonu üzrə Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin keçmiş rəisi Natiq Cabbarov bu günlərdə öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Son xəbərlər
09:00
Premyer Liqa: "Neftçi" XXX turun son oyununda "Karvan-Yevlax"la qarşılaşacaq
Futbol08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.05.2026)
Maliyyə08:46
Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət08:43
Edqar Mkrtçyan: Azərbaycanla sülh Cənubi Qafqazı infrastruktur habına çevirəcək
İnfrastruktur08:36
ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir
Region08:21
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
İnfrastruktur07:59
ÇXR-də fişəng zavodunda baş verən partlayışda ölənlərin sayı 20-ni ötüb
Digər ölkələr07:41
Yanğınla mübarizəyə 10 avtonəqliyyat vasitəsi və 60 nəfər canlı qüvvə cəlb olunub
Hadisə07:35