Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib

Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib Bakı. 28 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib.
Maliyyə
28 Dekabr , 2018 12:49
Azərbaycanda “Dövlət rüsumu haqqında” qanun dəyişib
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi qəbul edilib.

“Report”un verdiyi xəbərə görə, layihə mobil cihazların qeydiyyatına görə, ödənilən dövlət rüsumunun 30%-nin müvafiq nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasına, işçilərin sosial müdafiəsinin və maddi təminatının yaxşılaşdırılmasına yönəldilməsini nəzərdə tutur.

Qeyd edək ki, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli 1187-V QD qanuna əsasən fiziki şəxs tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu müəyyən edilib və bu rüsumların məbləği mobil cihazların dəyərinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 

Son xəbərlər

Orphus sistemi