Dövlət başçısı: "Vergi və gömrük sahəsində şəffaflıq və dürüstlük təmin edilib"

Dövlət başçısı: "Vergi və gömrük sahəsində şəffaflıq və dürüstlük təmin edilib" Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır.
Maliyyə
11 Yanvar , 2019 15:16
Dövlət başçısı: Vergi və gömrük sahəsində şəffaflıq və dürüstlük təmin edilib

Bakı. 11 yanvar. REPORT.AZ/ "Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır".

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bildirib.

2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən dövlət başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb. 

Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi