Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çox - 16 871,2 milyon manat, məxarici isə illik müqayisədə 6,5% çox - 16 690,6 milyon manat təşkil edib, büdcədə 180,6 milyon manat qalıq yaranıb.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, hesabat dövründə
9 ay ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə isə büdcəyə 3 250,1 milyon manat vəsait təmin edilib ki, bu da illik müqayisədə 25% çoxdur.
Yanvar-sentyabrda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 17,3% artaraq 377,2 milyon manat, sair daxilolmalar isə 32,9% artaraq 99,4 milyon manat olub.
Dövlət Neft Fondundan (ARDNF) isə büdcəyə 7 536 milyon manat vəsait transfert edilib.
2019-cu ilin iyul-sentyabr aylarında dövlət büdcəsinin mədaxil proqnozu 6 465,7 milyon manat icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.
***
Hesabat dövründə dövlət büdcəsi xərclərinin 35,3%-i və yaxud 5 888,7 milyon manatı sosialyönümlü istiqamətlərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur.
9 ay ərzində xərclərin 8 948,5 milyon manatı və yaxud 53,6%-i cari, 6 320,6 milyon manatı və yaxud 37,9%-i əsaslı, 1 421,5 milyon manatı və yaxud 8,5%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Cari ilin iyul-sentyabr aylarında isə dövlət büdcəsinin xərcləri 5 739,6 milyon manat icra olunub.
9 ay ərzində Azərbaycanın icmal büdcəsinin gəlirləri 25 566,7 milyon manat (7,1% çox), xərcləri 17 963,6 milyon manat (cüzi çox) təşkil edib. Son nəticədə icmal büdcədə 7 603,1 milyon manat qalıq yaranıb.