Zirədə söhbətgah yanıb
Hadisə
- 09 fevral, 2026
- 08:48
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta konstruksiyadan ibarət söhbətgahda baş vermiş yanğın genişlənərək bilavasitə yaxınlıqda yerləşən fərdi yaşayış evinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan söhbətgah və yaxınlıqda yerləşən fərdi yaşayış evinin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Fərdi yaşayış evi yanğından mühafizə olunub.
Zirədə söhbətgah yanıb
Son xəbərlər
11:45
Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
Digər ölkələr11:39
"Sərbəst satış sertifikatı" "Rəqəmsal logistika platforması"na tam inteqrasiya edilib
Biznes11:36
100 000 AZN-dək kredit 5 %-dək endirimlə - "Expressbank"da
Maliyyə11:34
Foto
Bakıda "Alfa Pragmatic Fintech" konfransı keçirilib
Maliyyə11:33
Zaur Mikayılovun vətəndaşlarla görüş tarixi dəyişdirilib
İnfrastruktur11:32
Famil Xəlilov: "Bakıda keçiriləcək U-15 dünya çempionatında yaxşı nəticə qazanmaq istəyirik"
Futbol11:32
Bu gün əfv olunanlardan 5-i əcnəbidir
Daxili siyasət11:26
Azərbaycanda 8 ayda 97 internet resursuna giriş məhdudlaşdırılıb
İKT11:25
Foto