Azərbaycanda illik iqtisadi artım 0,2%-ə düşüb

Azərbaycanda illik iqtisadi artım 0,2%-ə düşüb Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 43 478,6 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur.
Maliyyə
16 Avqust , 2018 10:08
Azərbaycanda illik iqtisadi artım 0,2%-ə düşüb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 43 478,6 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxdur.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarının yekununda ölkədə illik iqtisadi artım 1,3% təşkil etmişdi.

7 aylıq ÜDM-in 19 152,6 mln. manatı neft sektoru, 24 326 mln. manatı isə qeyri-neft sektoru hesabına formalaşıb. 

Əlavə dəyərin 46,9%-i sənaye, 9,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,4%-i tikinti, yenə 6,4%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə, 13,2%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 8%-ni təşkil etmişdir. 

Son 1 ildə Azərbaycanda adambaşına düşən ÜDM 0,7% azalaraq 4 436,3 manata düşüb.

Son xəbərlər

Orphus sistemi