Azərbaycanda bağlanmış bankların müştərilərinə krediti "ASAN ödəniş" sistemi ilə ödəmək imkanı yaradılıb

Azərbaycanda bağlanmış bankların müştərilərinə krediti "ASAN ödəniş" sistemi ilə ödəmək imkanı yaradılıb Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklara kredit ödənişlərinin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi, yığımların operativliyinin və müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə, daxili informasiya sistemini Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN ödəniş” portalına inteqrasiya edib.
Maliyyə
11 Sentyabr , 2018 13:52
Azərbaycanda bağlanmış bankların müştərilərinə krediti ASAN ödəniş sistemi ilə ödəmək imkanı yaradılıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklara kredit ödənişlərinin mərkəzləşdirilmiş qaydada təşkil edilməsi, yığımların operativliyinin və müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə, daxili informasiya sistemini Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN ödəniş” portalına inteqrasiya edib.

"Report" Fonda istinadən xəbər verir ki, bununla da bağlanmış bankların müştərilərinə krediti“ASAN ödəniş” sistemi vastəsi ilə - sistemin terminallarından nağd formada və asanpay.az portalı vasitəsi ilə nağdsız qaydada odəmək imkanı yaradılıb.

Vətəndaşlar ADIF-in www.adif.az - internet səhifəsindəki “Kreditlərin onlayn ödənişi” bölməsinə daxil olmaqla “ASAN ödəniş” sisteminə keçid ala bilərlər.

Qeyd edək ki, Fondun saytı müasir tələblərə cavab verən dizaynda istifadəyə verilib. Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır. Burada əmanətlərin sığortalanması sisteminə aid əsas anlayışlar, qüvvədə olan qanunvericilik aktları, ADIF-in fəaliyyətinə dair normativ-hüquqi aktlar, Fondun ləğvedici funksiyasını ehtiva edən və digər məlumatlar yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi