Azərbaycan vətəndaşlarının dollara olan hazırkı orta tələbi açıqlandı

Azərbaycan vətəndaşlarının dollara olan hazırkı orta tələbi açıqlandı “Bu gün Azərbaycana xaricdən gələn şok daha çox iqtisadi deyil, psixoloji xarakter daşıyır”.
Maliyyə
12 Mart , 2020 19:15
Azərbaycan vətəndaşlarının dollara olan hazırkı orta tələbi açıqlandı
google.az

“Bu gün Azərbaycana xaricdən gələn şok daha çox iqtisadi deyil, psixoloji xarakter daşıyır”.

“Report” xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

“Biz inamla əhaliyə nümayiş etdiririk ki, valyuta ehtiyatlarımız var. Bank sektorunun xarici valyutaya olan tələbi ödənilir. Bunu davam etdirmək fikrindəyik. Bu gün Azərbaycan vətəndaşlarının milli valyutanı xarici valyutaya çevirməsinin orta məbləği 4 min ABŞ dolları və yaxud təxminən 7 min manatdır. Bu da əhalinin orta gəlirliliyə malik, yığım etmiş hissəsidir. 

İnsanlar inanmalıdır ki, Azərbaycan hökuməti, AMB lazımi tədbirləri görür və bu vəziyyət tezliklə sabitləşəcək, istənilən vaxt və növbəsiz yenə də xarici valyuta almaq mümkün olacaq. Hazırda banklarda iş yükü adi vaxtlarla müqayisədə 5-7 dəfə çoxdur. Onlar bu yükü çətinliklə çəkir. Çünki banklarda iş rejimi, işçilərin sayı bir nəfərin 15 dəqiqə ərzində bankda işini yekunlaşdırmasına hesablanıb. Hətta bəzən bank sahibləri deyirlər ki, onlar digər işlərini (kredit verilməsi, pul köçürülməsi və s) görə bilmirlər", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi