Yuxarı

Azərbaycanın aqrar sektorunda 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib

200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib

“Azərbaycanda kənd təsərrüfatı sahəsində uçotun və hesabatlılığın səviyyəsi qənaətbəxş hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqların olması bu sahənin daha sürətlə inkişaf etdirilməsinə əngəl törədən əsas amillərdən biridir”.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulmasının təmin edilməsidir.

“Kənd təsərrüfatı məhsulları istehsalçıları uçot aparmamaqla və hesabat təqdim etməməklə, 3-cü şəxslərin vergidən yayınmasına şərait yaratmış olurlar ki, bu da yolverilməzdir. Digər tərəfdən, uçota alınmadan fəaliyyət göstərənlər, uçotda olub öz fəaliyyətlərini şəffaf şəkildə quranlara nisbətən müvəqqəti də olsa, bəzi üstünlüklər əldə edir, qeyri-sağlam rəqabət mühitinin formalaşmasına səbəb olurlar”, - deyə S.Ələkbərov qeyd edib. 

Bundan başqa, nazir müavini bildirib ki, avqust ayından etibarən bütün ölkə ərazisində ilkin olaraq kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə start verilib və ötən müddət ərzində 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib: “3 500-ə yaxın vergi ödəyicisinin fəaliyyət sahəsi dəqiqləşdirilib, onlardan 1 539-nun mükəlləfiyyəti dəyişdirilib. Fəaliyyəti passiv göstərilmiş 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi