"Azərbaycan Banklar Assosiyası" (ABA) İctimai Birliyinin "Risklərin İdarə Edilməsi" Ekspert Qrupunun növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Məlumatda deyilir ki, görüşdə “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” ilə əlaqədar fikir mübadiləsi aparılıb.