Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 2 dəfədən çox artıb

Maliyyə
  • 27 yanvar, 2024
  • 08:19
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərə investisiya 2 dəfədən çox artıb

Ötən ildə Azərbaycan vətəndaşlarının iştirakı ilə Türkiyədə 267 şirkət yaradılıb ki, bu da 2022-ci illə müqayisədə 23,7 % azdır.

“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.

Məlumata görə, ötən il yaradılmış şirkətlərin 41-i (illik müqayisədə 26,8 % az) səhmdar cəmiyyət (SC), 226-sı isə (23,1 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) formasındadır.

Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 474 milyon 520 min türk lirəsi (14 milyon 236 min ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur. Bunun 78,4 %-ni və yaxud 372 milyon 208 min türk lirəsini (11 milyon 166 min ABŞ dolları; 2,3 dəfə çox) sırf Azərbaycan vətəndaşları təmin edib.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 23 şirkət (illik müqayisədə 20,7 % az) yaradıb. Şirkətlərin 3-ü SC (2,3 dəfə az), 20-si MMC (9,1 % az) olub. Ümumi kapitalı 20 milyon 960 min türk lirəsi (629 min ABŞ dolları; 2,3 dəfə az) olan ortaq şirkətlərin kapitalının 95,2 %-i və ya 19 milyon 960 min türk lirəsi (599 min ABŞ dolları; 49,5 % az) azərbaycanlılara məxsus olub.

1 türk Lirəsi = 0,03 ABŞ dolları

44 filmi