“Research and Markets”: Bu ili kredit kartı emitentləri zərərlə başa vuracaq

Maliyyə
  • 09 noyabr, 2020
  • 08:42
“Research and Markets”: Bu ili kredit kartı emitentləri zərərlə başa vuracaq

“Resessiyaların yaxşı tərəfi odur ki, onlar sona çatır və iqtisadçıların tez-tez “çuxur” (the trough) adlandırdığı növbəti iqtisadi dövr başlayır”.

“Report” xəbər verir ki, bu barədə “Research and Markets”in hesabatında əks olunub.

Hesabatda bildirilir ki, ancaq pis xəbər budur ki, heç kim koronavirus (COVID-19) pandemiyasının nə vaxt bitəcəyini bilmir. “Böyük Tənəzzül”ü nəzərə alsaq, bu resessiya 1,5 il davam edəcək, yəni 1929-1933-cü illərdəki “Böyük Depressiya”nın yarısı qədər vaxt aparacaq.

“Koronavirusun bir anda ortaya çıxması ilə sağlam bir iqtisadiyyatda inkişaf edən kredit kartı sənayesi, rekord işsizlik, azalan ümumi daxili məhsul (ÜDM) və istehlakçı inamının azalması ilə mübarizə aparmalıdır. Kredit borclarının silinməsinin pik səviyyəyə çatması səbəbindən bu ilin IV rübünü və gələn ilin I rübünü bir çox kredit kartı emitentləri zərərlə başa vuracaq”, - deyə kredit müşaviri və hesabatın müəllifi Brayn Riley (Brian Riley) qeyd edib.

Araşdırmaya görə, ödənişlərin təxirə salınmaları dayananda, ödəməmələrin sayı artacaq; 6,54% səviyyəsindən yuxarı olan vəsaitlərin silinməsi, kredit kartı sənayesindəki mənfəəti aradan qaldıracaq; kredit kartı aktivlərinin rentabelliyi (ROA) bu ilin sonuna mənfiyə düşəcək; tənzimləyici qurumlar sənayenin qorunmasına yardım edib, gözlənilən kredit itkisi (CECL) üzrə cari tələblər və fövqəladə vəziyyət planlaşdırması öz dəyərini sübut etdi; top banklar (əsasən stres testlərə və DFAST-a cavab verən) yaxşı hazırlanıb; platforma xidmət təminatçıları orta bazar üçün seçimlərin təmin edilməsində əhəmiyyətli rol oynayıblar.