Prezident İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsini təsdiqləyib
Maliyyə
- 29 dekabr, 2025
- 14:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun (İTSF) 2026-cı il büdcəsi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmana əsasən, gələn il İTSF-nin büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (bu illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.
Xərclərin 1 milyard 976 milyon manatının Fondun gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İTSF-yə ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.
Son xəbərlər
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol