Kriptovalyuta fondları ötən il rekord məbləğdə vəsait cəlb edib

Maliyyə
  • 07 yanvar, 2022
  • 07:37
Kriptovalyuta fondları ötən il rekord məbləğdə vəsait cəlb edib

2021-ci ildə hedc fondları rəqəmsal aktivlərə 2020-ci illə müqayisədə təxminən 48% çox - 9,3 milyard ABŞ dollarına yaxın vəsait yatırıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dünyanın ilk tənzimlənən bitkoin-investiya fondu “CoinShares” məlumat yayıb.

Məlumata görə, aktivləri idarə edən şirkətlər arasında ən böyük maraq “Bitkoin” və “Ethereum”a göstərilib. Ötən il bitkoinə investiya edən fondlar 6,3 milyard ABŞ dolları, “Ethereum”a investisiya edən fondlar isə 1,4 milyard ABŞ dolları cəlb edib.

Kriptovalyuta sferasına yönəlik məhsullara yatırım edən ən iri institusional investor “Grayscale” şirkəti olub. Hazırda onun idarəçiliyində 43,5 milyard ABŞ dolları dəyərində virtual pul var.