İdarəedici direktor: "EBRD COP29-da mühüm kredit sazişləri imzalamağa hazırlaşır"

İdarəedici direktor: "EBRD COP29-da mühüm kredit sazişləri imzalamağa hazırlaşır" Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) böyük ekoloji təşəbbüslər həyata keçirməyi, mühüm kredit sazişləri imzalamağı
Maliyyə
8 Noyabr , 2024 13:22
İdarəedici direktor: EBRD COP29-da mühüm kredit sazişləri imzalamağa hazırlaşır

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) böyük ekoloji təşəbbüslər həyata keçirməyi, mühüm kredit sazişləri imzalamağı və iqlim maliyyələşdirilməsi üzrə müzakirələrdə fəal iştirak etməyi planlaşdırır.

“Report” xəbər verir k, bunu EBRD-in iqlim strategiyası və tətbiqi üzrə idarəedici direktor Harri Boyd-Karpenter bildirib.

Onun sözlərinə gö, iqlim maliyyələşdirilməsi COP29-da vacib mövzudur, bununla yanaşı EBRD bu sahədə liderdir və özəl kapitalın səfərbər edilməsində mühüm rola malikdir.

Təkcə 2023-cü ildə EBRD "yaşıl layihə”lərə 6,5 milyard avrodan çox vəsait ayırıb. Bu da onun investisiyalarının ümumi həcminin 50 %-ni təşkil edib. Çoxtərəfli inkişaf bankları arasında EBRD özəl maliyyələşdirmənin cəlb edilməsində fərqlənir: bankın “yaşıl iqtisadiyyat”a investisiya qoyduğu hər avroya üç avrodan çox özəl kapital cəlb edilib.

İqlim maliyyəsinin sürətləndirilməsinə həsr olunacaq COP29-da EBRD milli və özəl iqlim təşəbbüslərini gücləndirmək üçün digər çoxtərəfli inkişaf bankları ilə əməkdaşlıq edəcək. Bununla yanaşı, daha çox özəl kapitalın cəlb olunmasına kömək edəcək.

Konfransda EBRD prezidenti Odil Reno-Basso, bankın birinci vitse-prezidenti Yürgen Riqterink, siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və iqlim strategiyası və tətbiqi üzrə idarəedici direktor Harri Boyd-Karpenter iştirak edəcək.

Qafqazda ən böyük institusional investor olan EBRD Azərbaycanda 30 ildən çoxdur ki, fəaliyyət göstərir. Bank ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 190 layihəyə 3,7 milyard avro investisiya yatırıb. Bankın ölkədəki investisiyaları 190 layihə üzrə 3,7 milyard avro təşkil edir ki, buraya sənaye miqyaslı ilk günəş və külək elektrik stansiyaları, eləcə də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə dayanıqlı infrastruktur təşəbbüsləri daxildir.

Son xəbərlər

Orphus sistemi