“Fitch”: "Azərbaycanda investisiya qoyuluşu qarşıdakı 2 ildə cüzi artacaq"

Maliyyə
  • 08 oktyabr, 2021
  • 10:54
“Fitch”: Azərbaycanda investisiya qoyuluşu qarşıdakı 2 ildə cüzi artacaq

Azərbaycan iqtisadiyyatının bərpasını ləngidən səbəblərdən biri ölkənin içtimai işlərinin gecikməsi və karbohidrogen sektoruna investisiyaların azalması ilə kapital qoyuluşundakı lənglik olaraq qalacaq.

“Report” xəbər verir ki, bu barədə “Fitch Solutions” şirkətinin hesabatında deyilir.

Sənədə əsasən, kapital qoyuluşu ilə nominal əmək haqqı artımı arasında sıx əlaqə, şəxsi istehlak artımının hələ də zəif investisiya mühiti tərəfindən məhdudlaşdırıla biləcəyini göstərir.

"ÜDM-in bu komponentinin bərpası daha yavaş olub, çünki onun çox hissəsi Azərbaycanın neft və qaz sektorundan qaynaqlanır. Neft qiymətləri son aylarda yüksələrkən, ölkə neft və qaz sektorundan iqtisadi asılılığını azaltmaq üçün öz səylərini göstərsə də, bu, hələ sağlam investisiya artımına çevrilməyib", - “Fitch Solutions”un analitikləri bildirir .

Hesabata əsasən, Azərbaycan hökuməti son illərdə ölkənin turizm, telekommunikasiya və kənd təsərrüfatı sektorlarına sərmayə qoymağa çalışır, bu, 2025-ci ilə qədər davam edəcək orta müddətli strateji inkişaf planının təməl daşı olaraq qalır.

"Ötən il iqtisadiyyatı dəstəkləmək üçün həyata keçirilməli olan müxtəlif stimullaşdırıcı tədbirlərdən sonra hökumət bu il bəzi maliyyə konsolidasiyaları həyata keçirb. Nəticədə, dövlət sərmayələri yavaşlamağa davam edəcək; bu səbəbdən, 2021-ci ildə iqtisadi artıma sərmayə qoyuluşunu, təvazökar 0,3 faiz bəndi töhfəsini hesabladıq, bu, iqtisadiyyatın daha təbii inkişaf yoluna qayıtması ilə 2022 -ci ildə 0,7 faiz bəndinə yüksələcək.

44 - Tezliklə