"Finex Kredit" BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Maliyyə
  • 08 oktyabr, 2025
  • 08:55
Finex Kredit BOKT-un səhmdarlarının yığıncağı keçiriləcək

Noyabrın 20-də, saat 11:00-da "Finex Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyinə BOKT-un nizamnaməsində dəyişiklik edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,472 milyon manatdır. BOKT-un səhmlərinin 19,4 %-i Xaqan Mirzəyevə, 16,2 %-i Səadət Mirzəyevaya, 16,1 %-i Azad Cəbraylova, 14,1 %-i Səməd Mirzəyevə, 14 %-i Raminə Allahverdiyevaya, 6,1 %-i Şəlalə Tağıyevaya, 5,6 %-i Leyla Salamovaya, 4,6 %-i Tokay Şıxəlizadəyə, 3,2 %-i Muradxan Mirzəyevə, 0,7 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti