Dolların ucuzlaşması fonunda neftin qiyməti yüksəlir

Dolların ucuzlaşması fonunda neftin qiyməti yüksəlir ABŞ dollarının zəifləməsi fonunda dünya birjalarında neft bahalaşıb.
Maliyyə
1 Noyabr , 2022 10:18
Dolların ucuzlaşması fonunda neftin qiyməti yüksəlir

ABŞ dollarının zəifləməsi fonunda dünya birjalarında neft bahalaşıb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,74 % bahalaşaraq 1 bareli 93,5 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,62 % artaraq 1 bareli 87,07 ABŞ dolları təşkil edib.

Qiymətə təsir edən amillərdən biri dolların indeksidir. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,21 % düşərək 111,3 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması nefti digər valyutalarda alış üçün əlverişli edir.

İnvestorlar həmçinin ABŞ-da neft ehtiyatları ilə bağlı statistikanın açıqlanmasını gözləyirlər. Analitiklər ABŞ-da neftin kommersiya ehtiyatlarının (strateji ehtiyatlar istisna olmaqla) 0,27 milyon barel artdığını, benzin ehtiyatlarının isə 1,2 milyon barel azaldığını ehtimal edir.

Son xəbərlər

Orphus sistemi