"Bakı Fond Birjası" Listinq Məsləhət Proqramı üçün yeni tərəfdaş seçib

"Bakı Fond Birjası" Listinq Məsləhət Proqramı üçün yeni tərəfdaş seçib “Azfinance Investisiya Şirkəti” Proqrama qoşulub
Maliyyə
8 May , 2021 14:35
Bakı Fond Birjası Listinq Məsləhət Proqramı üçün yeni tərəfdaş seçib

“Azfinance Investisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-nin (BFB) Azərbaycanın kapital bazarından maliyyələşməni təşviq edən, bu istiqamətdə emitentlərlə ödənişsiz məlumat və məsləhət xidmətləri göstərən Listinq Məsləhət Proqramına (LMP) qoşulub.

“Report” xəbər verir ki, bu barədə Birjanın açıqlamasında bildirilir.

Xatırladaq ki, LMP ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində BFB-nin müvafiq strategiyasına uyğun həyata keçirilir.

“Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi