Azərbaycanın I yarımildə cari əməliyyatlar balansının profisiti 3 milyard dollara yaxın olub

Azərbaycanın I yarımildə cari əməliyyatlar balansının profisiti 3 milyard dollara yaxın olub Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında təxminən 2,6 milyard ABŞ dolları profisit yaranıb.
Maliyyə
12 Sentyabr , 2024 11:05
Azərbaycanın I yarımildə cari əməliyyatlar balansının profisiti 3 milyard dollara yaxın olub

Bu ilin I yarısında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 2 milyard 625,3 milyon ABŞ dolları profisit yaranıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,1 % azdır.

Yarımillik profisit xarici ticarət balansındakı 4 milyard 623,4 milyon dollarlıq profisit (1 il əvvələ nisbətən 38,3 % az), xidmətlər balansındakı 1 milyard 111,8 milyon dollarlıq kəsir (0,2 % az), ilkin gəlirlər balansındakı 1 milyard 229,7 milyon dollarlıq kəsir (32,3 % az) və təkrar gəlirlər balansındakı 343,4 milyon dollarlıq profisit (42,5 % az) hesabına formalaşıb.

Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in profisiti əvvəlki ilə nisbətən 15,4 % azalaraq 6,9 milyard ABŞ dollarına düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 41,1 % artaraq 4,3 milyard ABŞ dollarına çatıb.

Son xəbərlər

Orphus sistemi