Azərbaycanın gələn il üçün dövlət büdcəsinin əsas fiskal riskləri açıqlanıb

Maliyyə
  • 05 noyabr, 2021
  • 13:00
Azərbaycanın gələn il üçün dövlət büdcəsinin əsas fiskal riskləri açıqlanıb

Koornavirus (COVID-19) pandemiyanın yeni daha yüksək yoluxdurma sürətinə malik olan ştamplarının yayılması, virusun mutasiyası ilə bağlı risklərin qalması 2022-ci ildə də dövlət büdcəsi üçün əsas çağrışlarından biri olaraq qalır.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, pandemiyanın növbəti dalğalarının baş verməsi fonunda 2022-ci ildə də tətbiq edilən məhdudlaşdırıcı tədbirlər əhalinin sosial təminatının yaxşılaşdırılması və sahibkarlara dəstəyin təmin edilməsi, eləcə də səhiyyə və digər sahələrdə zəruri tədbirlərin həyata keçirilməsi üçün əlavə vəsaitlərə ehtiyyatc yarada bilər ki, bu da öz növbəsində büdcənin xərc strukturuna yenidən baxılması, o cümlədən qaçırılmaz xərc ehtiyyatlarının mövcud ehtiyyatlar və ya əlavə borclanma hesabına təmin olunması zərurətini ortaya çıxara bilər.

Bundan başqa, pandemiya ilə mübarizə çərçivəsində sosial təcrid və karantin tədbirlərinin davam etdirilməsi, sərhədlərin qapalı saxlanması, beynəlxalaq uçuşların bərpa olunmaması, ictimai iaşə, turizm və nəqliyyat kimi sektorlara mənfi təsir etməklə bu sektorlardan əldə olunan qeyri-neft gəlirlərini daha da azalması riskini yaradır.