Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 5 %-dən çox artıb

Biznes
  • 18 noyabr, 2026
  • 10:46
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 5 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, yükdaşıma, rabitə, tikinti və digər fəaliyyət sahələri üzrə ümumilikdə 40 lisenziya verib.

Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

Son 1 ildə bu sahə üzrə daxilolmaların məbləği isə 6,5 % artıb.

Bundan əlavə, 10 ayda muxtar respublikanın müvafiq qurumlarınım verdiyi 6 452 icazə reyestrdə qeydiyyata alınıb.