Nazir müavini: "Kənd təsərrüfatı əhəmiyyətli transformasiya dövrünə keçir"

ASK
  • 18 noyabr, 2026
  • 10:35
Nazir müavini: Kənd təsərrüfatı əhəmiyyətli transformasiya dövrünə keçir

Azərbaycanda kənd təsərrüfatı ciddi dəyişiklik və əhəmiyyətli transformasiya dövrünə keçir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Bakıda keçirilən "Peşə Təhsili Forumu 2026" tədbirində bildirib.

"Prezident İlham Əliyevin bu il mayın 25-də təsdiq etdiyi "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illərdə dövlət proqramı" bu transformasiyanın əsasını təşkil eləyən hüquqi sənəddir", - deyə o qeyd edib.

Bundan başqa, nazir müavini deyib ki, Azərbaycanda məşğul əhalinin təqribən 1/3-i və yaxud 35 %-ə yaxını kənd təsərrüfatında çalışır: "Bu, sektorun kadr təminatı və kadr ehtiyacları baxımından nə qədər büyük olduğunu göstərir. Ehtiyac olan kadr profillərinə nəzər salsaq, burada isə peşə-təhsilli müxtəlif bilik və bacarıqlara, səriştəyə sahib kadr təminatı ön plana çıxır. Burada məhsuldarlığın, əlavə dəyərin və ixrac yönümlülüyünün artırılması, innovasiya və rəqəmsallaşmanın yüksəldilməsi, eyni zamanda sektorda çalışan insan kapitalının inkişaf etdirilməsi kimi qarşıya hədəf kimi qoyulub. Bu məqsədlərə nail olunması yekunda özünü sektorda rəqabət qabiliyyətinin artmağı və resurslardan səmərəli istifadə etməklə sektorun inkişafına töhfə verəcək".