Bu il sentyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 685,1 mln manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% çoxdur.
Kredit qoyuluşunun 11 mlrd 689,4 mln manatı və yaxud 79,6%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 3,4% çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 614,8 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 17,8% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 17,9%-dən 17,8%-ə enib.
Avqustun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 380,9 milyon manat olub. Bu isə illik müqayisədə 12,3% çoxdur. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6% təşkil edib.