Azərbaycanın aparıcı sement istehsalçısının mənfəəti bölüşdürüləcək

Maliyyə
  • 09 may, 2025
  • 10:12
Azərbaycanın aparıcı sement istehsalçısının mənfəəti bölüşdürüləcək

İyunun 30-da, saat 10:00-da “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, İzmir küçəsi, 6 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2024-cü il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqi, ötən ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi, nizamnaməsində dəyişikliyin təsdiq edilməsi, Müşahidə Şurasına üzvlərin və sədrin təsdiq edilməsi, təftiş komissiyasına üzvün seçilməsi və şirkətlə “Holcim İnternational Finance LTD” arasında imzalanmış borc müqaviləsinin müddətinin uzadılması məsələləri daxildir.

Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin “Lafarge Holcim” və "Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur.